ABŞ Milli Qvardiyasının bir hissəsi geri çağırılır

Baş səhifə

Bakı. Trend:

Pentaqon noyabrın 16-dan etibarən ABŞ Milli Qvardiyasının
əvvəllər yerləşdirilmiş yüzlərlə əsgərini Çikaqo və Portlenddən
geri çağırır.

Trend xəbər verir
ki, “The New York Times” nəşrinə istinadən məlumat verib.
Bildirilir ki, təxminən 200 Kaliforniya Milli Qvardiyası əsgəri
Portlenddən, eyni sayda Texas Milli Qvardiyası əsgəri isə Çikaqodan
geri çağırılacaq və öz ştatlarına qayıdacaqlar.




Mənbələr Pentaqonun qərarını yaxınlaşan bayramlar və federal
məhkəmənin Qvardiyanın əməliyyat yerləşdirməsini dayandıran
qərarları ilə izah edirlər.

Qeyd olunur ki, təxminən 300 İllinoys Milli Qvardiyası əsgəri
Çikaqo bölgəsində, 200 Oreqon Milli Qvardiyası əsgəri isə
Portlenddə qalacaq.