Qazaxıstan Pakistana 108 milyon dollarlıq elektrikli avtobus tədarük edəcək

Baş səhifə
Qazaxıstan Pakistana 108 milyon dollarlıq elektrikli avtobus tədarük edəcək

Qazaxıstanın “Falcon EuroBus” şirkəti Pakistana 600 elektrikli avtobus tədarük edəcək.

“Report”un Qazaxıstan bürosunun bu ölkənin Ticarət və İnteqrasiya Nazirliyinə istinadən verdiyi məlumata görə, razılıq İslamabadda keçirilən “Qazaxıstan-Pakistan” biznes forumunda əldə olunub.

İlk tədarüklərə cari ilin aprelində başlanması planlaşdırılır, kommersiya müqaviləsinin ümumi dəyəri isə 108 milyon dollar təşkil edir.

Bildirilib ki, 2027–2028-ci illərə qədər Pakistana elektrik avtobuslarının ixrac həcmi 2 min ədədə qədər artırıla bilər.

Biznes forumun yekunlarına əsasən, “Falcon EuroBus” ilə Pakistanın “OGCC International” şirkəti arasında kommersiya sazişinin imzalanması gözlənilir.

Qeyd edək ki, “Qazaxıstan-Pakistan” biznes forumu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Pakistana dövlət səfəri çərçivəsində keçirilir.