Azərbaycan Yüksək Liqası: “Azərreyl” XII turda qələbə qazanıb

Baş səhifə
Azərbaycan Yüksək Liqası: Azərreyl XII turda qələbə qazanıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII tura start verilib.

“Report” xəbər verir ki, ilk oyun günündə Fövqəladə Hallar Nazirliyinin idman zalında “Gənclər” komandası ilə üz-üzə gələn “Azərreyl” 3:0 (25:15, 25:16, 25:13) hesablı qələbəyə sevinib.

Qeyd edək ki, XII tura sabah yekun vurulacaq.