
Bakı. Trend:
Ukrayna münaqişəsinin nizamlanması üzrə Rusiya, ABŞ və Ukrayna
arasında danışıqların növbəti raundu 4–5 fevral tarixlərində
Əbu-Dabidə keçiriləcək.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi
Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Peskovun sözlərinə görə, üç tərəfin qrafiklərinin əlavə
uyğunlaşdırılmasına ehtiyac yarandığı üçün danışıqlar həftənin
ortasına ertələnib.
“Hazırda çərşənbə–cümə axşamına nəzərdə tutulur. Doğrudan da,
ikinci raund məhz bu günlərdə keçiriləcək. Danışıqlar Əbu-Dabidə
baş tutacaq, bunu təsdiqləyə bilərik”, – deyə o vurğulayıb.
Qeyd edək ki, görüşün bazar günü, fevralın 1-nə planlaşdırıldığı
bildirilirdi.
Bundan əvvəl, “The New York Times” qəzeti üçtərəfli danışıqların
əvvəlcə BƏƏ-nin paytaxtında bazar gününə planlaşdırıldığını, lakin
sonradan təxirə salındığını yazmışdı.

