
Bakı. Trend:
29 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin
(BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında
telefon danışığı aparılıb.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycanla BƏƏ arasında
strateji tərəfdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik
vəziyyəti müzakirə olunub.

