ABŞ Kubaya neft tədarük edən ölkələrin mallarına tarif tətbiq edə bilər

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Kubaya neft tədarük edən ölkələrin
mallarına rüsum tətbiq edilməsi ilə bağlı fərman imzalayıb.

Trend-in məlumatına görə, bu barədə sənəd Ağ Evin saytında dərc
olunub.




Fərmana əsasən, Kubaya birbaşa və ya dolayı yolla hər hansı neft
satan və ya başqa şəkildə tədarük edən başqa bir ölkə tərəfindən
istehsal edilən və ABŞ-a idxal edilən mallara əlavə advalor
(malların dəyərinə mütənasib) rüsumları tətbiq edilə bilər.