
Bakı. Trend:
2025-ci ilin sonuna olan məlumata görə, Azərbaycanda rezident
maliyyə institutları tərəfindən buraxılmış “MasterCard” kartları (o
cümlədən statistik vahidlərin ödəniş kartları) vasitəsilə
ümumilikdə 5,7 milyard manat dəyərində 86,1 milyon əməliyyat həyata
keçirilib.
Trend bu barədə
Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə
əməliyyatların sayı 8,2 milyon və ya 10,5% artıb, əməliyyatların
həcmi isə 66 milyon manat və ya 1,1% azalıb.
Eyni zamanda, qeyri-rezident maliyyə institutları tərəfindən
buraxılmış “MasterCard” kartları üzrə əməliyyatların sayı 589,1
min, əməliyyatların həcmi isə 61,4 milyon manat olub.
Qeyd edək ki, rezident kartlar üzrə əməliyyatlar dedikdə,
Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları
tərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilmiş
bütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlar üzrə
əməliyyatlar isə xarici maliyyə institutları tərəfindən buraxılmış
kartlardan istifadə olunmaqla ölkə ərazisində aparılan
tranzaksiyalardır.
Qeyd edək ki, rezident kartlarla aparılan əməliyyatlar
Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları
tərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilən
bütün əməliyyatları əhatə edir. Qeyri-rezident kartlarla
əməliyyatlar isə ölkə ərazisində xarici maliyyə institutları
tərəfindən buraxılmış kartlardan istifadə etməklə aparılan
tranzaksiyalardır.

