Azərbaycan Yüksək Liqası: “Ordu” “Neftçi”yə, “Azərreyl” isə “Murov Az Terminal”a qalib gəlib

Baş səhifə
Azərbaycan Yüksək Liqası: Ordu Neftçiyə, Azərreyl isə Murov Az Terminala qalib gəlib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI tura start verilib.

“Report”un məlumatına görə, ilk gündə iki oyun təşkil olunub.

“Ordu” komandası “Neftçi”yə 3:1 (25:20, 20:25, 25:23, 25:22) hesabı ilə qalib gəlib.

“Azərreyl” isə”Murov Az Terminal”ı 3:0 hesabı ilə üstələyib.

Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib.

Qeyd edək ki, XI tura yanvarın 29-da yekun vurulacaq.