Yeni Zelandiyada helikopter qəzası baş verdi

Baş səhifə

Bakı. Trend:

Yeni Zelandiyanın Şimal Adasının cənub-qərbində kiçik
helikopterin qəzaya uğraması nəticəsində pilot və göyərtədə olan
yeganə sərnişin həyatını itirib.

Trend xarici
mediaya istinadla xəbər verir ki, hadisə Vellinqtondan təxminən 40
kilometr şimalda, seyrək məskunlaşmış Pekakariki təpəsi ərazisində
baş verib.




Məlumata görə, polis helikopterin avtomatik qəza xəbərdarlıq
sisteminin işə düşməsindən sonra hadisə barədə məlumat alıb. Yeddi
saat davam edən axtarış-xilasetmə əməliyyatı zamanı helikopterin
qalıqları, həmçinin pilot və sərnişinin cəsədləri aşkar edilib.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Mülki
Aviasiya İdarəsinin müstəntiqlərinin iştirakı ilə araşdırma
aparılır.