Bakı. Trend:
ÜST və Səhiyyə Nazirliyi ilə birlikdə HPV peyvəndləri ətrafında
müzakirələrimiz olub.
Bunu Trend-in
sualına cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin
İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və
hədəflər üzrə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu müzakirələr HPV peyvəndinin İcbari Tibbi
Sığortanın Xidmətlər Zərfinə əlavə edilməsi ətrafında olmayıb:
“Müzakirələrimiz əsasən HPV peyvəndinin ölkədə tətbiqi və bu
peyvəndin xeyirləri barədə olub. Burada bir məqam var ki, bu
peyvəndi təqdim edən şirkətlər endirimli qiymətlər təklif edir.
Düşünürəm ki, bu, ÜST ilə Səhiyyə Nazirliyinin qərar verəcəyi
məsələdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi olaraq biz də
üzərimizə nə düşsə, edəcəyik”.

