2025-ci ildə Azərbaycandan İspaniyaya ixrac olunmuş neftin həcmi açıqlandı

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin noyabr-dekabr aylarında Azərbaycandan İspaniyaya
38,585 milyon dollardan çox dəyərdə bitumlu süxurlardan əldə
olunmuş 82,576 min tondan çoxu xam neft nə neft məhsulları ixrac
olunub.

Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, 2025-ci ilin noyabr ayında Azərbaycan fasilədən
sonra İspaniyaya neft və neft məhsullarının ixracını bərpa edib.
İspaniya istiqamətində öncəki tədarüklər 2024-cü ilin dekabr ayın
da qeydə alınmışdı.

2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu
süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4
milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1
milyard ABŞ dolları təşkil edib.




Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər
ifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb,
lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə
alınıb.

Qeyd olunan məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrac
həcminin 48,28%-ni təşkil edib.

Eyni zamanda hesabat dövründə Azərbaycandan 735,8 min ton xam
neft (431,9 milyon ABŞ dolları dəyərində) ilə yanaşı, bitumlu
süxurlardan əldə edilən neft və neft məhsulları, həmçinin
tərkibində kütlə üzrə 70% və daha çox neft və ya neft məhsulları
olan məhsullar ixrac edilib.2024-cü illə müqayisədə bu göstərici
dəyər ifadəsində 97 milyon ABŞ dolları və ya 29%, fiziki həcmdə isə
198,2 min ton və ya 36,9% artıb.Hesabat dövründə qeyd olunan
məhsulların ölkənin ümumi ixracında payı 1,72% təşkil edib.