NİİM: Havaya görə bir sıra küçə və prospektlərdə sürət həddi endirilə bilər

Baş səhifə
NİİM: Havaya görə bir sıra küçə və prospektlərdə sürət həddi endirilə bilər

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraitinə görə bir sıra küçə və prospektlərdə sürət həddi endirilə bilər.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində bildirilib.

Məlumatda bildirilib ki, paytaxtda havanın gecə saatlarında şaxtalı olacağı gözlənilir:

“Bəzi yolların buz bağlayacağı və sürüşmə ehtimalının artacağını nəzərə alaraq, sürücülər nəqliyyat vasitəsini sürətlə idarə etməkdən çəkinməlidirlər. Onların ehtiyatlı davranması, eləcə də nasazlıq baş verdikdə avtomobili dərhal yolun kənarına çəkməsi vacibdir. Yollarda sürücülər üçün təhlükəli vəziyyət yaranacağı təqdirdə bir sıra küçə və prospektlərdə sürət həddi endiriləcək”.

MƏLUMAT YENİLƏNİR …