Azərbaycan Voleybol Federasiyası növbəti seçimlərini Sumqayıtda həyata keçirdi

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc
voleybolçular arasında seleksiya prosesini davam etdirir.

Trend AVF-yə
istinadən xəbər verir ki, “Seçim günü” çərçivəsində növbəti
seçimlər Sumqayıt şəhərində həyata keçirilib.




Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri
Şahin Çatma Sumqayıt və Şərqi Zəngəzur Regional Voleybol
Klublarında məşq edən 2012–2013-cü il təvəllüdlü qız
voleybolçuların hazırlıq səviyyəsi ilə tanış olub.

Seçim mərhələsini uğurla keçən idmançılar yeniyetmələrdən ibarət
milli komandaya cəlb olunacaqlar. Növbəti “Seçim günü” yanvarın
24-də Gəncədə keçiriləcək.