Avstriyada qar uçqunu beş nəfərin ölümünə səbəb olub

Baş səhifə

Bakı. Trend:

Alp dağlarının Avstriya ərazisinə düşən hissəsində baş verən qar
uçqunları nəticəsində beş nəfər həlak olub.

Trend xəbər verir
ki, bu barədə Avstriyanın “ORF” teleradio şirkəti məlumat
yayıb.

Məlumata görə, Zalsburq yaxınlığındakı Ponqau rayonunda yerləşən
Finsterkopf dağında (hündürlüyü 2 150 m) yeddi xizəkçidən ibarət
qrup qarın altında qalıb. Onlardan dördü həlak olub, biri isə ağır
xəsarətlərlə xəstəxanaya yerləşdirilib.




Həmin gün Avstriyada qar uçqunu zamanı daha bir qadın da
ölüb.

Xilasedicilər turistlərdən işarəli xizək yollarını tərk
etməmələrini xahiş ediblər, çünki faciələrin əksəriyyəti cığırdan
kənarda hərəkət edən xizəkçilər arasında baş verir.