
Bakı. Trend:
Danimarka və ABŞ administrasiyalarının nümayəndələri arasında
Qrenlandiya məsələsi ilə bağlı aparılan danışıqların nəticələri
məlum olub.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, Danimarkanın XİN rəhbəri Lars Lekke
Rasmussen bu haqda jurnalistlərə açıqlama verib.
“Hələ də prinsipial məsələlərdə fikir ayrılıqlarımız
qalmaqdadır. Biz ABŞ-nin mövqeyini dəyişməyə nail olmadıq”,- deyə
diplomat vurğulayıb.
Onun sözlərinə görə, adanın gələcək aqibəti ətrafında Ağ Evdə
aparılan müzakirələr açıq və konstruktiv olsa da, tərəflər ortaq
məxrəcə gələ bilməyiblər.

