
Bakı.Trend:
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları
üzrə Müvəkkilin (Ombudsman) Aparatı arasında “Ombudsman
institutunun fəaliyyəti və hərbi qulluqçuların hüquqlarının
qorunması istiqamətində görülən işlər” mövzusunda, həmçinin insan
hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması məqsədilə 2026-cı
il üzrə birgə tədbirlər planı imzalanıb.
Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sənədə əsasən, cari il ərzində həyata keçirilməsi
planlaşdırılan tədbirlərin keçiriləcəyi tarixlər, məkanlar və məsul
şəxslər müəyyən edilib.
Plan çərçivəsində Müdafiə Nazirliyinin tabeliyində olan qoşun
(qüvvə) növləri, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də
xüsusi təyinatlı təhsil müəssisələrində müxtəlif tədbirlər təşkil
olunacaq.
Tədbirlər zamanı hərbi qulluqçuların hüquqlarının müdafiəsi və
insan hüquqlarının təmin olunması vəziyyəti ilə bağlı görüşlər
keçiriləcək, müxtəlif mövzularda məruzələr təqdim ediləcək və şəxsi
heyəti maraqlandıran suallar ətrafında geniş fikir mübadiləsi
aparılacaq.

