Polşa­da nazirin evinin yaxınlığında peyin səpən kişi saxlanılıb

Baş səhifə
Polşa­da nazirin evinin yaxınlığında peyin səpən kişi saxlanılıb

Polşanın Zambrov şəhərində polis kənd təsərrüfatı naziri Stefan Krayevskinin evinin qarşısına peyin tökməkdə və cinayətkar təhdidlər etməkdə şübhəli bilinən 35 yaşlı kişini saxlayıb.

“Report” xəbər verir ki, bu barədə Polşa KİV məlumat yayıb.

Şübhəli polis nəzarətinə götürülüb.

Hadisə Polşa fermerlərinin cümə günü Avropa İttifaqı Şurası tərəfindən təsdiqlənən Merkosur ölkələri ilə ticarət müqaviləsinə qarşı etirazları fonunda baş verib. Etirazlar Varşavada və ölkənin digər şəhərlərində keçirilib.