ABŞ “Olina” tankerinin saxlanılması əməliyyatına başlayıb

Baş səhifə
ABŞ Olina tankerinin saxlanılması əməliyyatına başlayıb

ABŞ Trinidad adası yaxınlığında Karib hövzəsində “Olina” tankerinin saxlanılması əməliyyatına başlayıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Bu, Vaşinqtonun Venesuelanın neft ixracına nəzarət üzrə səyləri çərçivəsində son həftələrdə saxlanılacaq beşinci gəmi olacaq”, – mənbə agentliyə bildirib.

“Equasis” gəmiçilik barədə məlumat bazasına görə, Timor-Leşti bayrağı altında üzən “Olina” gəmisi daha əvvəl Venesueladan yola düşmüş və regiona qayıtmışdı.