Ukrayna ordusu Rusiya ərazisinə PUA-larla hücum edib, ölən və yaralananlar var

Baş səhifə
Ukrayna ordusu Rusiya ərazisinə PUA-larla hücum edib, ölən və yaralananlar var

Ukrayna ordusunun Rusiyanın Belqorod vilayətinə PUA-larla hücumu nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov sosial şəbəkələrdə bildirib.

“Volokonovsk dairəsindəki Qruşevka – Pyatnitskoe yolunun bir hissəsində avtomobilə FPV-dronun zərbəsi nəticəsində qadın həlak olub. Maşında olan kişini “Orlan” döyüşçüləri Volokonovsk Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar”, – deyə o qeyd edib.