Bakı. Trend:
Tailand və Kamboca hərbçiləri arasında sərhəd toqquşmaları
fonunda danışıqlara başlayıb.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, iki ölkə sərhədindəki Banphakkat keçid
məntəqəsinin Tailand hissəsində baş tutan görüş tərəflər arasında
atəşkəs və monitorinq mexanizmlərinə dair rəsmi danışıqlara
hazırlıq məqsədi daşıyıb.
Ortaq sərhəd komitəsinin Tailand tərəfdən katibi Nuttaponq
Praokaev jurnalistlərə bildirib ki, görüşdə sərhəd komitəsinin
dekabrın 27-də keçiriləcək 3-cü xüsusi iclasında müzakirə olunacaq
sənədlər nəzərdən keçirilir, tərəflər öz mövqelərini ifadə
edirlər.
Qeyd edək ki, dekabrın 7-də Tailand-Kamboca sərhədində silahlı
toqquşmalar başlayıb. Hər iki tərəfdən həm hərbçilər, həm də mülki
şəxslər arasında ölən və xəsarət alanlar var. Sərhədboyu
ərazilərdən 100 minlərlə sakin təxliyə edilib.

