Bakı. Trend:
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Venesuela sahillərində neft
tankerinin ələ keçirildiyini təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə nazir Kristi Noem “X” sosial
şəbəkəsində yazıb.
Onun sözlərinə görə, ABŞ Sahil Mühafizəsi hərbçiləri Pentaqonun
köməyi ilə “Venesueladakı bir limandan əvvəl yola düşmüş bir neft
tankerini saxlayıblar”.
Nazir bildirib ki, Vaşinqton “narkoterrorizmi maliyyələşdirmək”
üçün istifadə edilən “sanksiyalı neftin qanunsuz daşınmasına” qarşı
mübarizəni davam etdirmək niyyətindədir.

