Bakı. Trend:
Böyük Britaniyanın Baş naziri Kir Starmer karyera diplomatı
Kristian Terneri Böyük Britaniyanın ABŞ-dəki səfiri vəzifəsinə
təyin edib.
Trend xəbər verir
ki, bu barədə “Sky News” kanalı məlumat yayıb.
Qeyd olunur ki, 2025-ci ilin may ayında Kristian Terner Böyük
Britaniyanın BMT-dəki Daimi Nümayəndəsi kimi təsdiqlənib və yaxın
vaxtlarda vəzifəsinin icrasına başlayıb. O, 2023-cü ilin
yanvarından 2025-ci ilin sentyabrınadək Böyük Britaniyanın Xarici
İşlər Nazirliyinin Siyasi Direktoru vəzifəsində çalışıb. Bundan
əvvəl, 2019–2023-cü illərdə Pakistanda Britaniya Ali Komissarı,
2012–2016-cı illərdə isə Keniyada Britaniya Ali Komissarı olub.
Terner 2002–2006-cı illərdə ABŞ-dəki Britaniya səfirliyində Birinci
Katib vəzifəsini də icra edib.
ABŞ paytaxtı Vaşinqtondakı Britaniya diplomatik missiyası bu
ilin sentyabr ayının əvvəlindən, Kir Starmerin missiyanın rəhbəri
Lord Piter Mandelsonu vəzifəsindən azad etməsindən sonra səfirsiz
fəaliyyət göstərirdi.

