NATO baş katibinin müavini Azərbaycana səfər edəcək

Baş səhifə

Bakı. Trend:

NATO baş katibinin müavini Radmila Şekerinska gələn ilin ilk
yarısında Azərbaycana səfər etməyi planlaşdırır.

Bu barədə Trend
NATO-nun rəsmi nümayəndəsi məlumat verib.

“Proqram və tarixlər daxil olmaqla səfərlə bağlı daha ətraflı
məlumat müəyyən olunmuş qaydada açıqlanacaq”, – deyə o əlavə
edib.

Qeyd edək ki, bu səfərdən əvvəl, 2025-ci ilin sonlarında bir
sıra məhsuldar yüksək səviyyəli görüşlər keçirili. Həmin görüşlərə
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun
beynəlxalq sammitlər çərçivəsində Radmila Şekerinska ilə apardığı
danışıqlar, eləcə də 2025-ci ilin noyabrında NATO-ya üzv ölkələrin
15 səfirindən ibarət nümayəndə heyətinin Bakıya səfəri
daxildir.