Rusiyada məktəbli bıçaqla şagirdi öldürüb, mühafizəçini isə yaralayıb

Baş səhifə
Rusiyada məktəbli bıçaqla şagirdi öldürüb, mühafizəçini isə yaralayıb

Moskva ətrafı Odintsovoda məktəb şagirdi tərəfindən bıçaqlı hücum zamanı bir uşaq ölüb, mühafizəçi yaralanıb.

“Report” “ТАСС”a istinadən xəbər verir ki, məlumatı Rusiya İstintaq Komitəsi təsdiqləyib.

Hazırda şagirdlərin təxliyəsi aparılır. Şagird bıçaqla hücumun zamanı saxlanılıb.