Bakı. Trend:
Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının
əməkdaşları üzərində üç ədəd kustar üsulla hazırlanmış partlayıcı
qurğu olan bir nəfəri saxlayıblar.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Jurnalistlərin verdiyi məlumata görə, insident həftəsonu Ural
Hüquq İnstitutunun yaxınlığında baş verib. Asayiş keşikçiləri
təhsil müəssisəsinin yerləşdiyi Elmaş rayonu üzrə patrul xidməti
zamanı şübhəli şəxsi görüblər. Hüquq-mühafizə əməkdaşları onu
saxlayaraq çantasına baxış keçiriblər və oradan partlayıcı qurğular
aşkarlayıblar. Bundan sonra hadisə yerinə əməliyyat qrupu
çağırılıb.
Məlumata görə, saxlanılan şəxsin 22 yaşı var. Ona terror aktına
cəhd maddəsi ilə cinayət işi başlanıb.

