Türkmənistandan Azərbaycana təbii qaz idxalının həcmi azalıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar–oktyabr aylarında Türkmənistandan Azərbaycana
230,9 milyon kubmetr həcmində təbii qaz idxal olunub

Trend bu barədə
Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd olunan müddət ərzində Türmkənistandan idxal olunan qazın
həcmi ümumilikdə 35,2 milyon ABŞ dolları dəyərində olub.




Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici
dəyər ifadəsində 17,9 milyon ABŞ dolları və ya 33,7 faiz, həcm
baxımından isə 123,2 milyon kubmetr və ya 34,8 faiz azalıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar–oktyabr aylarında
Azərbaycandan ölkə xaricinə ümumilikdə 20,649 milyard kubmetr təbii
qaz ixrac edilib. İxracın ümumi dəyəri 7,418 milyard ABŞ dolları
təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, dəyər
ifadəsində 569,3 milyon ABŞ dolları və ya 8,3 faiz artım deməkdir,
həcm baxımından isə ixrac 690,003 milyon kubmetr və ya 3,2 faiz
azalıb.

Eyni zamanda, cari ilin ilk 10 ayında Azərbaycana 39,151 milyon
ABŞ dolları dəyərində 252,158 milyon kubmetr təbii qaz idxal
edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər
ifadəsində 40,2 milyon ABŞ dolları və ya iki dəfə, həcm ifadəsində
isə 243,6 milyon kubmetr və ya 49,1 faiz azdır.