Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə texniki komitələr yaradılacaq

Baş səhifə

Bakı. Trend:

Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə texniki
komitələrin yaradılması məqsədilə zəruri tədbirlər görüləcək.

Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə
təsdiq edilən “Azərbaycan Respublikasında məhkəmə ekspertizası
sahəsinin inkişafına dair 2026 ─ 2030-cu illər üçün Konsepsiya”ında
öz əksini tapıb.




Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə texniki
komitələrin əsasnaməsi, strukturu və iş planı layihələrinin
hazırlanması, məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə
texniki komitələrin yaradılması məqsədilə milli standartlaşdırma
qurumuna müraciət olunması, məhkəmə ekspertizası sahəsində
standartlaşdırma üzrə texniki komitələrin yaradılması, bununla da
ekspert rəylərinin keyfiyyətinin artması planlaşdırılır.