Gədəbəydə 3 tona yaxın taxıl yanıb

Baş səhifə

Bakı.Trend:

Gədəbəydə tövlədə yanğın olub

Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.




Bildirilib ki, Gədəbəy rayonunun Novoivanovka kəndində ümumi
sahəsi 170 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları,
damına yığılan 4 ton ot bağlaması və tövlənin içərisində yığılan
2,5 ton taxıl yanıb.

Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə
olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən
söndürülüb.