
Bakı. Trend:
Mayın 13-ü saat 18:00-a olan faktiki hava açıqlanıb.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mayın 13-ü
saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində
yağıntılı hava şəraiti müşahidə olunur. Ayrı-ayrı yerlərdə
yağıntılar intensiv xarakterlidir.
Belə ki, Lənkəran, Astara, Ağstafa, Gəncə, Daşkəsən, Bərdə,
Tərtər, Naftalan, Goranboy, Göygöl, Tovuz, Şəmkirdə arabir şimşək
çaxır, yağış yağır.
Saat 15:40 radələrində Şəmkir rayonunun Atabəy, Aşağı Seyfəli,
Dağ Cəyir, Çənlibel, Hacıalılar, Çaykənd, Nərimanlı və Yeni Göyçə
kəndlərinə diametri 10-15 mm olan dolu düşüb.

