Sabah Coratda 650 abonentin qazı kəsiləcək

Baş səhifə
Sabah Coratda 650 abonentin qazı kəsiləcək

Sabah Corat qəsəbəsində 650 abonentin qaz təchizatında müvəqqəti dayandırılacaq.

“Azəriqaz” İB Sumqayıt QİS-dən “Repor”un yerli bürosuna verilən məlumata görə, Sumqayıt şəhəri, Corat qəsəbəsində yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar olaraq dekabrın 10-da 650 abonentin qaz təchizatında fasilə olacaq.

Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa ediləcək.