Bakı. Trend:
FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb. K.Umudlu UEFA
Gənclər Liqasının VI turu çərçivəsində keçiriləcək “Atalanta”
(İtaliya) – “Çelsi” (İngiltərə) oyununun baş hakimi olacaq.
Trend AFFA-ya
istinadən xəbər verir ki, ona Namik Hüseynov və Vüsal Məmmədov
kömək edəcəklər.
Görüş dekabrın 9-da Berqamo şəhərində yerləşən Bortolotti İdman
Mərkəzində keçiriləcək.

