Nazir Qəzzaya Azərbaycan kontingentinin göndərilməsi ilə bağlı məsələyə münasibət bildirib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan ABŞ-dan Qəzzada sülhməramlı missiyada iştirak üçün
dəvət alıb.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri
Ceyhun Bayramov Bakıda iranlı həmkarı Abbas Əraqçi ilə birgə
mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, ölkəmiz dəvəti alan ilk ölkələrdən biri
olub.

“Lakin bizi maraqlandıran bəzi suallarımıza cavab olmadığından
hazırda Qəzzaya Azərbaycan kontingentinin göndərilməsi ilə bağlı
heç bir qərar yoxdur”, – nazir vurğulayıb.