Nazir: Azərbaycanla İran arasında ticarət dövriyyəsinin artırılması istiqamətində addımları müzakirə etdik

Baş səhifə
Nazir: Azərbaycanla İran arasında ticarət dövriyyəsinin artırılması istiqamətində addımları müzakirə etdik

Ceyhun Bayramov

Azərbaycan ilə İran arasında ikitərəfli siyasi dialoq fəal şəkildə davam edir.

“Report” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Əraqçi ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il iki ölkə arasında iqtisadi komissiyalarən işi təqdir edilib:

“Ticarət dövriyyəsi 2024-ci 650 milyon ABŞ dolları olub, bu ilin 10 ayında 520 milyon dollar olub. Bu gün bu həcmin artırılması istiqamətində addımları müzakirə etdik. Bir sıra layihələrin uğurla həyata keçirilməsi təqdir edildi”.

Nazir əlavə edib ki, Ağbənd-Kəlalə avtomobil körpüsünün inşası davam edir, gələn il bu tikintinin başa çatması gözlənilir.