50-dən çox tibb müəssisəsi elektron növbə terminalları ilə təmin edilib – TƏBİB

Baş səhifə

Bakı. Trend:

Abşeron Rayon Mərkəzi Xəstəxanasında növbə terminalı ilə yanaşı
növbə tənzimlənməsi də tətbiq olunur.

Trend xəbər
verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya
departamentinin rəhbəri Zamirə Ədilova “Sağlam Dialoq: Media və
Səhiyyə Kommunikasiyasında yeni Paradiqmalar” mövzusunda təşkil
olunan təlimdə çıxışı zamanı deyib.




Onun sözlərinə görə, Bakı və rayonlarda 50-dən çox tibb
müəssisəsi elektron növbə terminalları ilə təmin edilib.

“Abşeron Rayon Mərkəzi Xəstəxanasında növbə terminalı ilə yanaşı
növbə tənzimlənməsi də tətbiq olunur. Həkimdən-həkimə olan növbələr
tənzimlənir. Bu, tezliklə digər tibb müəssisələrində də tətbiq
ediləcək. Yəni, pasientlər bir həkimdən digərinə keçiddə yenidən
növbə götürməli olmayacaq”.