İsrail ordusunda xidmət müddəti 36 aya qədər uzadıla bilər

Baş səhifə

Bakı. Trend:

İsrailin müdafiə naziri İsrael Kats və maliyyə naziri Betsalel
Smotriç ölkə ordusunda (SAXAL) xidmət müddətini hazırkı 30-32 aydan
36 aya qədər artırmaq niyyətindədirlər.

Trend xəbər verir
ki, bu barədə “Maariv” qəzeti məlumat yayıb.




Əgər bu dəyişiklik qəbul olunarsa, hazırda xidmət edən və
2026-cı ildə tərxis olunması planlaşdırılan əsgərlər xidmətlərini
uzatmaq məcburiyyətində qalacaqlar.

Eyni zamanda, SAXAL-a çağırış üçün ehtiyatda olanların sayı 30
000 nəfər azaldılacaq və onların yerinə yetirməli olduqları
vəzifələr çağırışçılara həvalə olunacaq.