Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 25 milyard manatı ötüb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar – noyabr aylarında yeni nəsil nəzarət-kassa
aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 25 milyard 54,4
milyon manat olub.

Trend bu
barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə
istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə 2,9 milyard manat, yaxud 13,1 faiz çoxdur.




Bildirilib ki, indiyədək ölkə ərazisində 109.611 ədəd belə NKA
quraşdırılıb.

“İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən
ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi
istiqamətində işlər davam etdirilir. Yeni nəsil NKA-lardan istifadə
hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz
dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin
edilməsinə imkan yaradıb”, – məlumatda qeyd edilib.