ATƏT PA Bakı və İrəvan arasında sülhü dəstəkləməyə hazırdır

Baş səhifə
ATƏT PA Bakı və İrəvan arasında sülhü dəstəkləməyə hazırdır

ATƏT Parlament Assambleyası Azərbaycan və Ermənistan arasında davamlı sülhü dəstəkləməyə hazırdır.

“Report” xəbər verir ki, bunu ATƏT PA-nın prezidenti Pere Xuan Pons Sampyetro Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında çıxışı zamanı bildirib.

“Azərbaycanda və Ermənistanda barışıq yolunda addımlar atılır. Bu, həqiqətən də yaxşı xəbərdir və ATƏT PA davamlı sülhü dəstəkləməyə hazırdır”, – o deyib.