VTB Qrupu bankları arasında biznes köçürmələr komissiyasız oldu

Baş səhifə

Bakı. Trend:

1 dekabr 2025-ci il tarixindən 31 dekabr 2025-ci il tarixinədək
VTB korporativ müştərilər üçün xüsusi aksiya keçirir: VTB Qrup
bankları (Qazaxıstan, Azərbaycan və Belarus Respublikası) arasında
beynəlxalq biznes köçürmələri 0% komissiya oldu.

Güzəştli şərtlər yalnız Hüquqi Şəxslər üçün Onlayn Bankinq
vasitəsilə Qazaxıstanin milli valyutasında (tenge) və xarici
valyutalarda köçürmələrə şamil edilir. Bu aksiya, yuxarıda adı
çəkilən VTB Qrupunun törəmə banklarına müntəzəm beynəlxalq
ödənişlər edən korporativ müştəriləri dəstəkləmək məqsədi daşıyır
və sərhədlərarası biznes əməliyyatlarının səmərəliliyini artırmaq
üçün nəzərdə tutulub.




Əlavə məlumat VTB (Azərbaycan)-ın Bakıda və Gəncədə yerləşən
filiallarında və 986 qısa nömrəsinə zəng edərək əldə etmək
olar.