
Bakı. Trend:
Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan “Yusif
Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans
keçirilir.
Trend xəbər
verir ki, konfrans Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Milli
Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Konfransın açılış mərasimində elm və təhsil naziri Emin
Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa
Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,
akademik Yusif Məmmədəliyevin qızı Sevda Məmmədəliyeva, millət
vəkilləri və digər rəsmi qonaqların iştirak edir.
Konfransın birinci günündə “Yusif Məmmədəliyevin elmi, pedaqoji
və təşkilati fəaliyyəti: Azərbaycan və dünya elminin inkişafına
verilmiş töhfə”, “Kimya elmində müasir çağırışlar: varislik və
innovasiyalar”, “Elmi irs və gələcəyin üfüqləri” mövzularında panel
sessiyaları keçiriləcək.
Xəbər yenilənəcək

