
Türkiyə xarici işlər naziri Hakan Fidan Brüsseldə NATO qərargahında xarici işlər nazirlərinin görüşü çərçivəsində Böyük Britaniya və Niderlanddan olan həmkarları – Yvette Cooper, Katibi Yvette Cooper – eləcə də NATO-nun rəhbəri Mark Rütte ilə görüşüb.
“Report” “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, H.Fidan və NATO-nun Baş katibi Ukrayna və Rusiya arasında müharibənin sona çatdırılması istiqamətində göstərilən səylər, həmçinin Qara dəniz təhlükəsizliyi məsələlərini müzakirə ediblər.
Türk diplomatik mənbələrin bildirdiyinə görə, Böyük Britaniyanın Xarici İşlər Katibi Yvette Coope ilə görüşdə Qəzzadakı vəziyyət, Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması üçün səylər, eləcə də Suriya və Livan məsələləri müzakirə olunub.
Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması ilə bağlı Fidan ədalətli və davamlı həllin tapılmasının vacibliyini vurğulayıb.
Fidanın Niderlandın xarici işlər naziri David van Vil ilə görüşü barədə ətraflı məlumat verilməyib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


