Bakıda mağazada arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən ər barəsində cinayət işi başlanıb

Baş səhifə
Bakıda mağazada arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən ər barəsində cinayət işi başlanıb

Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, dekabrın 2-də paytaxtın Səbail rayonu Ü.Hacıbəyov küçəsi ərazisində yerləşən mağazalardan birində 1995-ci il təvəllüdlü Leyla Quliyevanın qəsdən öldürülməsinə cəhd faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq sonuncunun əri Faxrəddin Quliyev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

MƏLUMAT YENİLƏNİR …