Putin ABŞ-yə "YOX" deməyib

Baş səhifə

“Putin ABŞ-ın sülh planını rədd etməyib”.

Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putinin ABŞ-ın sülh planını rədd etməsi ilə bağlı açıqlama düzgün deyil.

Peskovun fikrincə, Rusiya-ABŞ danışıqları sükut içərisində aparılsa, daha yaxşıdır: “ABŞ ilə danışıqlar nə qədər sakit olarsa, bir o qədər məhsuldar olacaq. Moskva Ukraynada nizamlanmaya nail olmaq səylərinə görə Vaşinqtona minnətdardır. Rusiya nümayəndələri Ukraynada sülh yolu ilə nizamlanmaya nail olmaq üçün lazım olduğu müddətcə ABŞ həmkarları ilə görüşməyə hazırdırlar”.