
Rusiya həmişə Türkiyə bazarında qazın çox etibarlı təchizatçısı olub.
“APA-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bunu Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
Onun sözlərinə görə, Türkiyəyə gələcəkdə də Azərbaycan, Rusiya və İran qazı lazım olacaq.
Nazir qeyd edib ki, BOTAŞ “Qazprom” şirkətindən qaz almağa davam edəcək. Türkiyə Rusiyadan qaz alacaq, lakin qısamüddətli təchizat müqavilələri bağlamağa can atır.

