İndoneziyada daşqın səbəbindən ölənlərin sayı 700-ü ötüb

Baş səhifə

Bakı. Trend:

İndoneziyanın Sumatra adasında musson yağışlarının səbəb olduğu
daşqın, torpaq sürüşməsi və palçıq axını nəticəsində ölənlərin sayı
712-yə çatıb.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, 507 nəfər itkin düşüb.




Noyabrın 25-dən başlayan şiddətli yağışların səbəb olduğu
fəsadlarla əlaqədar adadakı 3 əyalətdən 1,1 milyon nəfər təxliyə
edilib. Ölü sayının artma ehtimalı var.

Qeyd edək ki, noyabrın 25-dən bəri musson yağışları Cənubi və
Cənub-Şərqi Asiyada böyük fəsadlara səbəb olub. Təbii fəlakət
Tailand, Şri-Lanka, Malayziyada yüzlərlə insanın ölümünə səbəb
olub, ümumilikdə 4 milyon insanın həyatına təsir edib.