
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında “Bakı Metropoliteni” QSC
sərnişin daşınmasından 78,871 milyon manat gəlir əldə edib.
Trend bu
barədə Dövlət Statistika Komitəsinin məlumatları əsasında
hesablamalar aparıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,8%
çoxdur.
Hesabat dövründə Bakı metrosu ilə 162,575 milyon sərnişin
daşınıb. Bu isə illik müqayisədə 2,4% azdır.
Xəbər yenilənəcək

