
Bakı. Trend:
Ukraynanın müdafiə naziri Denis Şmıqal norveçli həmkarı Tore
Sandviklə pilotsuz təyyarələrin birgə istehsalına dair sənəd
imzalayıb.
Trend xəbər verir
ki, bu barədə Şmıqal sosial şəbəkə hesabında məlumat yayıb.
O qeyd edib ki, iki ölkə birgə Ukrayna pilotsuz təyyarələrini
istehsal edəcək ki, bu da imkanları genişləndirərək Ukraynanın
müdafiəsini gücləndirməyə yardım edəcək.
Nazirin sözlərinə görə, növbəti mərhələ 2026-cı ildə istehsal
xəttinin sürətlə tətbiqi və gücün daha da artırılması üzərində
işləməyi nəzərdə tutur.
“Ukrayna öz təcrübəsini və innovasiyalarını Norveçlə bölüşəcək.
Biz isə əsgərlərimizi müasir dronlarla təchiz edən güclü istehsal
müəssisəsinə sahib olacağıq, həmçinin Norveçin aparıcı qurumları
ilə tədqiqat və inkişaf sahəsində əməkdaşlıq edəcəyik”, – deyə
Şmıqal vurğulayıb.
O, Norveçə Ukraynaya verdiyi dəstəyə görə təşəkkür edib və
bildirib: “Bu layihə tərəfdaşlarımızla azad dünyanın bütün
ölkələrinin müdafiə qabiliyyətini gücləndirən əməkdaşlığın
nümunəsidir”.

