Hakan Fidan İrana rəsmi səfərə gedəcək

Baş səhifə

Bakı. Trend:

Türkiyə xarici işlər naziri Hakan Fidan İrana rəsmi səfərə
gedəcək.

Trend xəbər verir ki, bu
barədə türk KİV-ləri məlumat yayıb.




Məlumata görə, Hakan Fidan Tehranda iranlı həmkarı Abbas Erakçi
və digər yüksək səviyyəli İran rəsmiləri ilə görüşəcək.

Səfər zamanı Rəcəb Tayyib Ərdoğan və Məsud Pezeşkianın
rəhbərliyi ilə keçiriləcək Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının
iclasına hazırlıq işləri ilə bağlı müzakirələr aparılacaq.