
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İranı atəşkəs razılaşmasını pozmaqda
ittiham edib.
Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım
edib.
O bildirib ki, İran Hörmüz boğazından keçən gəmilərə azı dörd
dəfə pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib.
Onun sözlərinə görə, dronlardan biri yük gəmisinin yuxarı
göyərtəsinə dəyib və zərər vursa da, gəmi hərəkətini davam etdirə
bilib.
“Digər üç dronu isə məhv etdik. Bu, atəşkəs razılaşmamızın açıq
şəkildə pozulmasıdır”, – deyə ABŞ Prezidenti vurğulayıb.

