Növbəti 5 il ərzində dünya üzrə əmək bazarında 22% ixtisaslar strukturunu dəyişəcək – Sədr müavini

Baş səhifə

Bakı.Trend:

Növbəti 5 il ərzində dünya üzrə əmək bazarında 22% ixtisaslar
strukturunu dəyişəcək.

Trend xəbər
verir ki, bu fikirləri bu gün Dövlət Məşğulluq Agentliyinin idarə
heyətinin sədr müavini Hasil Abbasov “İKT Karyera Sərgisi 2025”də
çıxışı zamanı səsləndirib.




Sədr müavini qeyd edib ki, şirkətlərin 39%-i bazarın boşluğundan
ötəri transformasiyanı düzgün icra edə bilmir.

“Çağırışlara doğru cavab verə bilmək üçün bazarın boşluğunu
aradan qaldıran proqramlara və yanaşmalara ehtiyac var. DMA
gənclərin məşğulluq sahəsində maraqlıdır. 2020-ci ilədək İKT sahəsi
üzrə əmək müqavilələrində qeyd edilən müqavilə sayı 26000 idisə, bu
gün həmin rəqəm 34000-ə çatır”,- deyə o əlavə edib.