Türkiyədə çirkli pulların yuyulması ilə bağlı əməliyyat keçirilib, 73 nəfər saxlanılıb

Baş səhifə
Türkiyədə çirkli pulların yuyulması ilə bağlı əməliyyat keçirilib, 73 nəfər saxlanılıb

Türkiyənin Konya vilayətində çirkli pulların yuyulması ilə məşğul olan iki fərqli cinayətkar qrupa qarşı əməliyyat keçirilib.

“Report” bu barədə “TRT Haber”ə istinadən xəbər verir.

Məlumata görə, əməliyyatda qruplaşmalara üzv olan 73 nəfər yaxalanıb.

Qruplaşmalara aid 213 bank hesabı dondurulub, ümumi dəyəri 530 milyon lirə (təxminən 21 milyon manat) olan daşınmaz əmlaka isə həbs qoyulub.